Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasına üzvlərin seçilməsi mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov, gənclər təşkilatlarının sədrləri və üzvləri iştirak edib. Tədbirdə çıxış edən PA rəsmisi T.Süleymanov bildirdi ki, Azərbaycan Respublikası prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə Gənclər fondunun Əsasnaməsinə dəyişikliklər edilmiş, fondun Müşahidə Şurasının formalaşdırılmasının yeni qaydaları müəyyənləşdirilmişdir. Müşahidə Şurasının beş üzvü müvafiq dövlət orqanlarını, dördü isə gənclər təşkilatlarını təmsil edəcək.
T.Süleymanov Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yiğıncaqda iştirak etmək üçün 121 Gənclər təşkilatı nümayəndəsinin müraciət ərizəsi, şura üzvlüyünə isə 18 nəfər Gənclər təşkilatı nümayəndəsinin ərizəsinin qeydə alındığını diqqətə çatdırıb.
Daha sonra Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi mərasimi keçirildi.
Müşahidə Şurasına üzvlər seçilir
Bu gün Azərbaycan prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə tədbir keçirilib. SİA-nın berdiyi xəbərə görə, Hesablama komissiyası və katiblik formalaşdırıldıqdan sonra Müşahidə Şurasının üzvlüyünə namizədlər çıxış edib. Namizədlər çıxışlarında özləri haqda məlumat verərək, seçiləcəkləri təqdirdə fəaliyyət istiqamətləri haqda danışıblar. Daha sonra Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaqda iştirak etmək üçün 121 gənclər təşkilatı nümayəndəsinin iştirakı ilə səsvermə keçirilib. Seçkidə 8 namizəd - Aydın Əbilov (Yeni Yazarlar və Sənətçilər Qurumu), Seymur Orucov (Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyi), Şahin İsmayılov (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı), Tural Hümbətov (Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İctimai Birliyi), Şahin Seyid-zadə (Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası), Nurəddin Mehdiyev (Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi), Zaur Seyidzadə (Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım İctimai Birliyi), Nərgiz Eyvazova (Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı) seçilib.
Sonda T.Süleymanov qeyd edib ki, namizəd olan 8 nəfərin arasından 4-ü yaxın bir ay ərzində prezident tərəfindən Müşahidə Şurasının üzvü kimi təsdiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB