Küçəyə erməni adı verildi

Türkiyənin Malatya şəhərində küçələrdən birinə İstanbulda məruz qaldığı silahlı hücum nəticəsində ölən erməni əslli jurnalist-yazıçı Hırant Dinkin adı verilib. SİA-nın xəbərinə görə, bu barədə "Anadolu" Agentliyinə (AA) Malatya bələdiyyəsinin sədri Əhməd Çakır məlumat verib. Sədr şəhərin küçələrinin adının tanınmış malatyalıların adı ilə dəyişdirildiyini bildirib. Əhməd Çakır eyni zamanda qeyd edib ki, erməni jurnalistinin doğulduğu evin küçəsinə onun adı verilib.

Qeyd edək ki, Əhməd Çakır küçələrdən birinə PKK terror təşkilatına verdiyi dəstək səbəbindən Fransada mühacirətdə ölən müğənni Əhməd Kayanın adını verib. Bundan başqa şəhərdəki küçələrə tanınmış malatyalılardan İlyas Salmanın, Kamal Sunalın, Belkis Akkalenin də adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə