Gənclərə fəxri fərman və hədiyyələr təqdim edilib FOTO

Gənclərə fəxri fərman və hədiyyələr təqdim edilib FOTO

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsində (SŞGİB) yaradıcı və istedadlı gənclərin bir qrupu ilə görüş keçirilib. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadənin SİA-ya verdiyi məlumata görə, SŞGİB-nın rəisi Musa Həsənov Gənclər gününü gənclərə bəxş edən Ümummilli lider, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətinin uğurlarından danışıb. O, şəhər İcra hakimiyyəti rəhbərliyinin Sumqayıtda yaşayan və fəaliyyət göstərən yaradıcı və istedadlı gəncləri daim diqqət mərkəzində saxladığını qeyd edərək, gənclərlə iş sahəsi üzrə görülmüş işlərdən bəhs edib.

Sonda yaradıcı və istedadlı gənclərə Baş İdarənin fəxri fərmanları və hədiyyələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə