KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitə­lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şura­sı­nın növ­bəti iclası ke­çi­ril­­ib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq Şura üzvlərini gündəliklə tanış edib.

Gündəliyə uyğun olaraq "Fondun 2012-ci ildə fəaliyyəti barədə yekun hesabatı"nı Fondun icraçı direktoru Vüqar Səfərli təqdim edib. 2012-ci ildə görülən işlər və sərf olunmuş maliyyə vəsaiti barədə məlumat verən Vüqar Səfərli sonra Müşahidə Şurası üzvlərinin mövzu ətrafında suallarını cavablandırıb. Sonra Şura üzvləri çıxış edərək hesabat və ümumilikdə 2012-ci ildə görülmüş işlər barədə fikirlərini səsləndiriblər. Onlar, Fondun bu dövr üçün fəaliyyətini yüksək qiymətləndirərək hesabatın qəbul edilməsini məqbul sayıblar. Hesabat Şura üzvlərinin yekdil qərarı ilə qəbul edilib.

Gündəlikdə yer alan növbəti məsələ "2013-cü ildə Fondun Tədbirlər Planı" olub. 2013-cü il üçün tərtib edilmiş Tədbirlər Planı da iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul edilib.

Bundan sonra 2013-cü il ərzində həyata keçiriləcək layihə və müsabiqələrə təqdim olunacaq yazıların qiymətləndirilməsi üçün "Fondun ekspertlərinin tərkibinə baxılıb və təsdiq edilib.

Sonda 2013-cü il Novruz bayramı münasibəti ilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin qaydaları və istiqamətləri müzakirə edilərək, müsabiqənin 10 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə