“Daş yuxular” - biabırçı, nifrət doğuran roman

“Daş yuxular” - biabırçı, nifrət doğuran roman

Son vaxtlar yazıçı Əkrəm Əylislinin Rusiyanın "Drujba narodov" jurnalında dərc olunmuş "Daş yuxular" romanı cəmiyyət arasında böyük qalmaqala və narazılığa səbəb olub. SİA-nın xəbərinə görə, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin kollektivi bununla bağlı öz narazılıqlarını bildirərək müraciət qəbul ediblər.

Müraciətdə deyilir: "Əkrəm Əylislinin "Drujba Narodov" jurnalında dərc olunmuş "Daş yuxular"adlı biabırçı, nifrət doğuran romanı ətrafında gedən yazıları, edilən çıxışları diqqətlə izləyirik. ANS-televiziyasındakı çıxışı zamanı Əkrəm Əylislinin həyasızcasına verdiyi müsahibə bizi çox hiddətləndirir. Şeytan xislətli, erməni əsilli, əslini danmayan haramzadanın - Əkrəm Əylislinin Azərbaycan xalqının heysiyyəti ilə oynamağa haqqı yoxdur. Biz çox təəssüf edirik ki, o xalq arasında öz çirkin mənliyini, erməni xislətini gizlədərək vaxtı ilə xalqın etimadını qazanıb, millət vəkili olub. Heç vaxt öz xalqının qədrini, böyüklüyünü bilməyən, onun təəssübünü çəkməyən bir insan "Xalq yazıçısı"ola bilməz. Biz çox təəssüf edirik ki, vaxtilə ona xalqımızın şərəfli "İstiqlal" ordeni verilib. Əkrəm Əylisli adı azərbaycanlı adına bir ləkədir. Əkrəm Əylislinin Azərbaycan xalqına xəyanəti bağışlanmayacaq. Biz tələb edirik ki, Əkrəm Əylisli imzası olan bütün yazılar kitabxanalardan və arxivlərdən yığışdırılsın. Ona verilmiş fəxri adlar və təltiflər geri götürülsün. Azərbaycanın çörəyini yeyib, bütün türk xalqlarının düşməninə yaltaqlanan Əkrəm Əylisli bütün türk dünyasının nifrətini qazandı. Əkrəm Əylislinin vicdanı yol verməyib ki,o öz erməni əslini dansın. Onu coşduran, özünün dediyi kimi damarlarında axan erməni nənəsinin qanıdır. O əslini danmayan haramzadədir, haramzadadən isə hər şey gözləmək olar"!

Bütün xəbərlər Facebook səhifəmizdə