İçərişəhərdəki bəzi obyektlərdə siqaret çəkmək qadağan edilib. SİA xəbər verir ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun məlumatında bildirilib ki, İçərişəhərdəki bir sıra ictimai iaşə obyektlərində ("Karvansara", "Köhnə şəhər", "Le Cafe", "Şur", "Manqal", "Buta", "Sultan İnn", "Garage İskender") siqaret çəkilməsi ilə bağlı qadağalar və məhdudiyyətlər tətbiq olunub.
Bu obyektlərin daxili məkanı siqaret çəkənlər və çəkməyənlər üzrə bölünüb. Siqaret çəkənlər üçün nəzərdə tutulmuş zalda hava təmizləyici qurğulardan istifadə olunur. Bir zaldan ibarət, kiçik məkanlı və bölünməsi mümkün olmayan obyektlərdə isə siqaret çəkilməsi tamamilə qadağan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB