ATƏT-in Bakı ofisinin dəstəyi ilə "Konstitusiya" Araşdırmalar Fondunun həyata keçirdiyi "Saxlama yerlərinin monitorinqi - 2013" layihəsi çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı CÇM-də monitorinq həyata keçirilib. SİA-nın məlumatına görə, monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, kitabxanaya, dini ibadət otağına baxış keçirilib, müəssisədə sıxlıq müşahidə edilib. O cümlədən məhkumlarla görüş keçirilib, onlarla rəftar, saxlanma şəraiti müzakirə edilib, 7 məhkuma hüquqi yardım göstərilib.
15 saylı CÇM-də məhkumların işlə (158 nəfər) və təhsillə (75 nəfər) təmin olunması vəziyyəti digər müəssisələrlə müqayisədə yüksəkdir. Müəssisədə məscid ilə yanaşı xristian məhkumlar üçün kilsə də fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB