Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması "Xocalıya ədalət" kampaniyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımına lazımi hüquqi qiymətin verilməsi məqsədilə virtu aləm-sosial şəbəkələrdə təbliğat kampaniyasına start verib. SİA-nın məlumatına görə, planlaşdırılan aksiyada xaricdə təhsil alan gənclərimizin və yerli ali təhsil ocaqlarında təhsil alan gənclərin aktiv iştirakı nəzərdə tutulub. Bununla əlaqədar olaraq növbəti həftələrdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması ölkədə fəaliyyət göstərən ən nüfuzlu gənclər təşkilatları və eləcə də böyük ali təhsil ocaqlarında təhsil alan aktiv gənclərlə mövzu ətrafında müzakirələr təşkil edəcək və onlara təbliğatın metodikası haqqında məlumatlar çatdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB