Son vaxtlar bəzi müxalifət qəzetlərində ölkəmizin ayrı-ayrı bölgələrində etiraz aksiyaları, bir qrup insanın dövlət binaları qarşısında piket keçirmələri, magistral yollarda hərəkətin məhdudlaşdırılması barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilir. Belə məlumatlardan biri də Şamaxı haqda yazılıb.
Müxalifət mətbuatı yazıb ki, guya Şamaxıda etirazçılardan bir qrupu Rayon İcra Hakimiyyətinə aksiya keçirmək üçün icazə verilməsi barədə müraciət edib. Şamaxı RİH başçısının birinci müavini SİA-ya açıqlamasında bildirib ki, bu məlumatın heç bir əsası yoxdur. Rayonda vəziyyət əvvəlki qaydada sakitdir, insanlar gündəlik qayğıları ilə məşğuldurlar. Rayon rəhbərliyi ilə sakinlər arasında qarşılıqlı anlaşma mövcuddur. Aksiyaların keçirilməsi üçün heç bir əsas yoxdur. Bir sözlə, müxalifət mətbuatının yazdıqları yalan və böhtandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB