Gənclər üçün Təhsil Mərkəzi 2 Fevral – Gənclər Günü münasibətilə Mingəçevir şəhərində təntənəli bayram tədbiri keçirib. Mərkəzdən SİA-ya verilən məlumata görə, 100-dən artıq gəncin iştirak etdiyi tədbirə Mingəçevir şəhər icra başçısının müavini, Gənclər və İdman İdarəsinin rəhbərliyi, o cümlədən digər idarə və müəssisələrin də rəhbərlikləri qatılıblar.
Tədbirin rəsmi hissəsində çıxış edənlər ölkədə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, bundan sonra da bu siyasətin davam etdirilməsi üçün səylə çalışacaqlarını bildiriblər.
Qeyd edək ki, gənclər siyasətinin həyata keçirilməsində aktiv fəaliyyətinə görə, 11 nəfər gənc Mərkəz tərəfindən mükafatlandırılıb.
Tədbirdə həmçinin Mərkəz üzvləri tərəfindən hazırlanmış səhnələr nümayiş etdirilib, musiqilər səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB