Səttar Mehbalıyev: "İndi də sözümüzün arxasındayıq"

"AHİK prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək"
Səttar Mehbalıyev: "İndi də sözümüzün arxasındayıq"

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) oktyabrda keçiriləcək prezident seçkilərində indiki prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək. SİA-nın verdiyi məlumata görə, bunu AHİK-in IV qurultayı zamanı çıxışında qurumun sədri Səttar Mehbalıyev deyib.

AHİK sədri əldə edilənlərə görə, təmsil etdiyi qurum adından dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirib: "Çox böyük məmnuniyyətlə elan etmək istəyirəm ki, həmkarlar ittifaqları təşkilatları qurultayqabağı yığıncaqlarında builki prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirib və bunu qurultayın uca kürsüsündən söyləməyi mənə həvalə ediblər. Biz 2003-cü ildə də, 2008-ci ildə də ölkədə ilk dəfə olaraq bu addımı atmışdıq, indi də sözümüzün arxasındayıq".

S.Mehbalıyev qeyd edib ki, prezident İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və həmkarlar ittifaqlarının möhkəmləndirilməsi istiqamətində atdığı addımlar, imzaladığı fərman və sərəncamların, tapşırıq və tövsiyələrinin icra olunması bu məqsədə çatmaqda onlara böyük dəstək olub.

Bütün xəbərlər Facebook səhifəmizdə