Nazirlə səfir nəyi müzakirə edir?

Nazirlə səfir nəyi müzakirə edir?

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilə görüşüb. SİA Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fikrət Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu ədliyyə və məhkəmə islahatlarından danışaraq həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin iştirakını, qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi ilə son illər 170-ə yaxın hakimliyə namizədin Türkiyədə yarım aylıq nəzəri və praktiki təlim keçdiyini təqdir edib, yaxın günlərdə Türkiyə Ədliyyə Nazirliyi nümayəndələrinin ölkəmizə ediləcək səfərini sıx əməkdaşlığımızın təzahürü kimi dəyərləndirib.

Dərin tarixi köklərə malik əlaqələrimizin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən səfir Azərbaycanın hərtərəfli dinamik inkişafını qeyd edərək məhkəmə-hüquq sistemində aparılan islahatları və əldə olunmuş nailiyyətləri, habelə innovativ və şəffaf xidmətlərin tətbiqini təqdir etdiyini deyən İsmail Alper Coşkun vurğulayıb ki, xüsusilə fəaliyyətə başlamış ASAN xidmətini maraqlı qabaqcıl təcrübə kimi qiymətləndirir. Qonaq Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə iki ölkə arasındakı səmərəli hüquqi əməkdaşlığı daha da möhkəmləndirmək üçün səylərini əsirgəməyəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə