AHİK-in IV qurultayı öz işinə başlayıb YENİLƏNİR

Bu gün Heydər Əliyev adına Sarayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV qurultayı öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, qurultayda bir sıra beynəlxalq təşkilatların, xarici ölkələrin həmkarlar ittifaqlarının, o cümlədən Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin həmkarlar ittifaqları mərkəzlərinin nümayəndələri iştirak edib. İlk olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubu oxunub.

Bütün xəbərlər Facebook səhifəmizdə