"Avropa Tələbələr Forumu-Bakı" İctimai Birliyi 7-11 fevral tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə "Qafqaz Dağlarını Fəth Et - Qış Universiteti" beynəlxalq tədbirini həyata keçirəcək. SİA-nın məlumatına görə, tədbir Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Bu tədbir dünya gənclərinin xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq məqsədi daşıyan mədəniyyətlərarası gənclər mübadiləsi təşəbbüsüdür. Əsas məqsəd Azərbaycanı dünya gənclərinə tanıtmaqdır.
Tədbirdə Avropanın müxtəlif ölkələrindən (İspaniya, Almaniya, Avstriya, Niderland, Rumıniya, Rusiya, Türkiyə, Gürcüstan, Macarıstan, İtaliya, Finlandiya, Slovakiya, Polşa, Belçika) olan 40 əcnəbi gənc iştirak edəcək. Tədbirdə həmçinin AEGEE Avropa (Avropa Tələbələr Forumu) təşkilatının prezidenti Luis Alvarado Martinez və layihələr direktoru Miguel Gallardo Albajar iştirak edəcək. Tezliklə layihə haqqında daha ətraflı məlumat press konfrans vasitəsilə ictimaiyyətə çatdırılacaq.
Qeyd edək ki, AEGEE-Bakı Avropanın 40-dan artıq ölkəsində 200-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 20000-dən çox tələbəni birləşdirən AEGEE-Avropa (www.aegee.org) təşkilatının Bakı şəhəri üzrə yerli nümayəndəliyidir. Təşkilatın əsas vəzifəsi Azərbaycan tələbələri ilə Avropa tələbələri arasında ünsiyyət məkanı yaratmaqla, gənclər arasında Avropa dəyərlərini təşviq etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB