Millət vəkili Hadi Rəcəbli Lənkəranda görüşlər keçirib

Milli Məclisin Sosial Siyasət komitətəsinin sədri Hadi Rəcəbli "Palıdlı Sahil" İstirahət mərkəzində "Liderlər klubu"nun növbəti qış məşğələsində iştirak edib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, 80-ə nəfər gəncin qatıldığı tədbirdə "Liderlik və fəal vətəndaş mövqeyi" mövzusunda fikir mübadiləsi aparılıb. Çıxış edənlər müasir dünyada millətlər və sivilizasiyalar arasında əlaqələrin qorunub saxlanılması, xüsusilə gənc liderlərin üzərinə düşən vəzifələrdən danışıblar. Həmçinin respublikamızda , o cümlədən bölgələrdə müxalifətin destruktiv fəaliyyəti pislənilib.

Daha sonra "Liderlik və vətəndaşlıq mövqeyi İKT kontekstində" mövzusunda seminar keçirilib. 2013-cü ilin Azərbaycanda "İKT ili" elan olunduğunu bildirən Hadi Rəcəbli AR Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli sərəncamı ilə 2013-cü ilin Azərbaycanda "İKT ili" elan olunduğunu qeyd edib. Gənclərin və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkə başçısının məlum sərəncamından irəli gələn vəzifələrə toxunub, ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması üçün müvafiq hüquqi bazanın yaradıldığını diqqətə çatdırıb

Millət vəkili həmçinin AR Prezidentinin 1 fevral 2013-cü il tarixli "Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında" sərəncamından bəhs edib, informasiya cəmiyyəti quruculuğu yolunda universitetin əhəmiyyətini xüsusi vurğulayıb.

Hər iki tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsal Nəsirli, Lənkəran Telekommunikasiya qovşağının rəisi Camal Əkbərov və başqaları çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikir və mülahizələrini bildiriblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə