Pensiyalar artırıldı

Prezident İlham Əliyev bu gün əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, dövlət başçısı pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə belə bir Sərəncam verib.

Dövlət başçısı Dövlət Sosial Müdafiə Fonduna tapşırıb ki, 2012-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2013-cü ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin. O cümlədən fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirilsin.

Sərəncamdan irəli gələn məsələləri həllinə isə Nazirlər Kabineti nəzarət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə