Kristina Ojuland: “Ermənistan rəhbərliyinin məsuliyyətsiz addımı Aİ-nin sülh təşəbbüslərinə hörmətsizlik kimi qəbul edilə bilər”
"Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağda Xocalı aeroportunun yenidən açılmasına dair atılan hər bir addımı ciddi şəkildə qınayıram". Avropa Parlamentinin üzvü Kristina Ojuland Ermənistanın Xocalı aeroportu barədə planlarına münasibət bildirərkən belə deyib.
O, bildirib ki, bu, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə zərbə vurmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və Çikaqo Konvensiyasını pozacaq. Bundan başqa, Ermənistan rəhbərliyinin məsuliyyətsiz addımı Avropa İttifaqının sülh prosesindəki təşəbbüslərinə hörmətsizlik kimi qəbul edilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB