Fikrət Qoca: "Əkrəm Azərbaycandan getmiş ermənilərin xiffətini çəkir" MÜNASİBƏT
"Bu gün Əkrəm Əylislinin "Drujba narodov" jurnalında (№12 2012) dərc olunmuş "Daş yuxular" romanı ilə bağlı bəyanat yaymışıq. Bu məsələdə tələsməməyimizin səbəbləri var. Əvvəla, yazıya münasibətimizi müəyyənləşdirmək üçün sədrin və bütün katiblərin romanla tanış olmaları müəyyən vaxt tələb edirdi. İkincisi, yaxşı dərk edirdik ki, yazıya hər hansı münasibət, xüsusən də tənqidi münasibət Əylisli və ona züy tutanlar tərəfindən vay-şivənlə qarşılanacaq, "Yazıçılar Birliyi Əkrəmi təqib edir" qəbilindən şablon üsullara əl atılacaq". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca bildirib.
Onun sözlərinə görə, Əylislinin bu inanılmaz hərəkətinə ictimaiyyət sonsuz qəzəbini, hiddətini, nifrətini bildirdi: "Əlbəttə, Azərbaycan yazıçısı, ümumiyyətlə yazıçı sayılan hər bir şəxsə qarşı kampaniya təşkil olunması, piketlər keçirilməsi, xüsusən də onun heç bir günahı olmayan ailəsinə mənəvi cəhətdən təsir edəcək hər hansı aksiya bizi də çox incidir. Əylislinin ölkədən qovulması və ya vətəndaşlıqdan məhrum olunması təklifləri ilə də heç cür razılaşa bilmərik. Ancaq romanı oxuyanların əksəriyyəti Yazıçılar Birliyinin heç bir təsiri olmadan bu yazını Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinə ciddi ziyan vuran, illər boyu diplomatiyamızın, mətbuatımızın, ziyalılarımızın,o cümlədən, yazıçılarımızın beynəlxalq səviyyədə milli maraqlarımıza xidmət edən fəaliyyətlərinə ağır zərbə endirən hadisə kimi dəyərləndirməkdə haqlıdırlar".
Bəziləri bu əsərin sifarişlə yazıldığını güman edirlər, deyən xalq şairi əlavə edib ki, bu, yanlış gümandır: "Heç kəs, ən varlı və ən qatı erməni millətçisi belə Azərbaycan yazıçısına bu sayaq nankor yazı sifariş verməyə cəsarət etməzdi. Daha doğrusu, bu əsər sifarişlə yazılıbsa, Əkrəmin qəlbinin sifarişi ilə yazılıb. Qarabağ münaqişəsi başlanandan bəri Əylisli heç vaxt Azərbaycanın maraqlarına uyğun bircə kəlmə belə söyləməyib, qələmə sarılanda da yalnız Azərbaycandan getmiş ermənilərin xiffətini çəkib, - deyə xalq şairi fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB