Evdə sosial xidmətlərin göstərilməsi qaydası təsdiqlənib

Evdə sosial xidmətlərin göstərilməsi qaydası təsdiqlənib

Azərbaycan Nazirlrə Kabineti evdə (səyyar) sosial xirmələrin göstərilməsi qaydasını təsdiqləyib. SİA-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilən qərarında deyilir.

Qayda əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, əlil və sağlamlıq imkanları məhdud olan uşaqlara, ağır xəstələrə sosial xidmətlərin göstərilməsi məsələlərini tənzimləyir.

Qayda evdə sosial xidmətlərin göstərilməsi üçün müraciət, eləcə də bu xidmətlərin təşkili qaydalarını müəyyən edir.

Nazirlər Kabinetinin qərarı 2013-cü il yanvarın 31-də qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə