Bu gün Gənclər üçün Təhsil Mərkəzinin kollektivi 2 Fevral – Gənclər Günü münasibətilə Mərdəkanda yerləşən sağlamlıq imkanları məhdud olan uşaqların internat məktəbini ziyarət edib və bayram tədbiri keçirib. Mərkəzin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Qızılgül Teyyubovanın SİA-ya verdiyi məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd gələcəyimiz olan uşaq və yeniyetmələrə diqqət və qayğını nümayiş etdirmək, eyni zamanda Gənclər Gününü onlarla birgə qeyd etmək olub. Tədbirdə həmçinin bildirilib ki, sağlamlıq imkanları məhdud olan uşaqlar bizim gələcəyimizdir və onlara şərait yaradılmalıdır ki, öz bilik və bacarıqlarını cəmiyyətə çatdıra bilsinlər.
Qeyd edək ki, tədbirdə uşaqlara müxtəlif hədiyyə və geyimlər verilib, bayram süfrəsi təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB