Yerli duzların 85%-i yodlaşdırılıb

Yerli duzların 85%-i yodlaşdırılıb

"Azərbaycanda istehlak olubnan yodsuz duzların 80%-i xaricdən idxal olunur". Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu gün həm xaricdən Azərbaycana idxal olunan, həm də ölkəmizdə istehsal olunan duzların əksəriyyəti yodlaşdırılmamış duzlardır: "Dövlət orqanlarının, ictimai təşkilatların nəzarətinə baxmayaraq, hələ də bazarda satışı qadağan olunmuş, tərkibində cuzi miqdarda yod olsa da təmizlənməmiş istifadə olunan və çöküntü verən duzlar var. Bu duzlardan çörək istehsalı, süd məhsulları istehsalı müəssisələrində istifadə olunur. Orqanizmdə yod çatışmazlığı əqli inkişafın, iş qabiliyyətinin, immunitetin zəifləməsinə, ölü körpələrin dünyaya gəlməsinə, ana ölümünə və digər mənfi hadisələrə səbəb ola bilir".

Eyyub Hüseynov deyib ki, ölkəmizdə yodlaşdırılmış və qatqılardan təmizlənmiş orqanizm üçün təhlükəsiz duzlar da istehsal olunur. Bu duzlar maye ilə qarışdırıldıqda heç bir çöküntü vermir, bulanıqlıq əmələ gəlmir. Sədr bildirib ki, yerli duzların 85%-i yodlaşdırılıb.

Qeyd edək ki, normal duzun tərkibində 40 mikroqram yod olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə