Ölkəyə 60 ədəd "T-129 ATAK" gətiriləcək

Ölkəyə 60 ədəd "T-129 ATAK" gətiriləcək

Azərbaycanla Türkiyənin helikopter sövdələşməsi 3 milyard dollarlıqdır

Azərbaycan Türkiyədən 60 ədəd "T-129 ATAK" helikopertləri alacaq. "Sabah"ın verdiyi məlumata görə, "ATAK" saatda 300 km sürətlə yığır, istənilən hava şəraitində, gecə və gündüz uçuş həyata keçirə bilir.

Bu modeli Türkiyə İtaliya ilə birgə istehsal edir. Helikopertin özülü hesab edilən kompüter də Türkiyə istesahlı olacaq.

Türkiyə mətbuatı 60 ədəd helipokterin Azərbaycana 3 milyard dollara başa gələcəyini yazıb.

"ATAK"lar Azerbaycandan sonra Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Pakistan, İordaniyaya da ixrac ediləcəyi nəzərdə tutulub. anspress

Bütün xəbərlər Facebook səhifəmizdə