Fevral ayının 2-də – Gənclər Günündə YAP Nizami rayon təşkilatında 18 yaşı tamam olmuş və bu il ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva gəncləri təbrik edib. Azərbaycanda dövlət gənclər siyasətinin, bədən tərbiyəsi və idmanın inkişafının Ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu diqqətə çatdıran millət vəkili, 1996-cı ildə Ulu öndərin təşəbbüsü ilə gənclərin I Forumunun keçirilməsinin ölkəmizdə gənclər təşkilatlarının işinin əlaqələndirilməsində mühüm rol oynadığını xüsusi vurğulayıb: "Sevindirici haldır ki, bu gün gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub".
Çıxış edən rayonun gənc fəallarından Fərid Qasımov, Samir Əhmədov, Asif Əliyev, həmçinin xaricdə təhsil alan gənclərimizdən Tural Şahbazlı qeyd ediblər ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına müsbət təsir göstərir. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının təzahürü olaraq, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında" Fərmanlar bu istiqamətdə görülən mühüm tədbirlərdəndir.
Sonda partiyaya yeni qəbul olunmuş gənclərə vəsiqələr və hədiyyələr təqdim edilib.
Həmin gün YAP Nizami rayon təşkilatının "Hakan Foods" ərazi ilk partiya təşkilatında gənclərlə görüş keçirilib. Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, eləcə də, ərazi ilk partiya təşkilatının sədri Yavuz Həsənov gəncləri bayram münasibətilə təbrik ediblər, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda ərazi təşkilatının partiyaya qəbul edilmiş yeni üzvlərə vəsiqələr təqdim edilib.
Sonra YAP Nizami rayon təşkilatının gənc fəalları bayram tədbirini rayonda yerləşən, Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Heydər Əliyev adına Park Bulvarda fəaliyyət göstərən "Akvarium" əyləncə mərkəzində davam etdiriblər. Burada gənclər boilinq əyləncə oyunu üzrə yarış keçiriblər, müxtəlif viktorinalar təşkil ediblər.
Beləliklə də, 2 fevral – Gənclər Günü Nizami rayonunda böyük ruh yüksəkliyi və coşqu ilə qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB