"Yeni Qarabağ müharibəsi daha dağıdıcı olacaq"

"Yeni Qarabağ müharibəsi daha dağıdıcı olacaq"

Amerika The National Interest jurnalı bu münaqişənin müharibənin eşiyində olduğunu yazır

Suriyadan Əfqanıstana qədər olan münaqişələrdən sonra yeni bir dağıdıcı müharibə - Dağlıq Qarabağ müharibəsinin başlayacaq. Amerika prezidenti Barak Obamanın yeni xarici siyasət komandası istəsə də, istəməsə də, bu məsələ onları məşğul edəcək. Bu haqda Vaşinqtonun xarici əlaqələr Şurasının Avropa və Avrasiya üzrə elmi əməkdaşı Ueyn Merri "The National Interest" jurnalındakı məqaləsində yazıb.

"Moskva, Paris və Vaşinqtonun birgə səyləri, eyni zamanda bu üç dövlətin prezidentlərinin təşəbbüslərinə baxmayaraq münaqişə tərəfləri danışıqlarda razılığa gələ bilmirlər və heç vaxt da müəyyən razılıq əldə edə bilməyəcəklər. Bu dalana dirənmiş vəziyyət son illər müharibədən sonrakı deyil, müharibəyə qədər olan təhülkəli vəziyyətə bənzəyir ",- deyə müəllif yazır.

Onun fikrincə, yeni müharibə başlayarsa hər iki tərəf ağır itikilər vercək. Eyni zamanda miqyası və dağıcılığına görə birinci müharibəni də ötəcək: "Birinci müharibə ancaq Qarabağ və onun ətrafındakı ərazilərdə gedirdi. Bir növ piyada döyüşü idi. Bu dəfəki müharibə isə Azərbaycan və Ermənistanı əhəmiyyətli dərəcədə böyük arsenalla bir-birinə qarşı qoyacaq. Hər iki tərəf əməliyyatları bu əsasda həyata keçirməyi planlaşdırırlar. Hər iki tərəf qaz kəmərləri kimi mülki obyektləri vuracaqları ilə hədələyirlər. Təkcə Qarabağ sərhəddində deyil, digər sərhədyanı ərazilərdə də atəşkəs ciddi şəkildə pozulur".

Ueyn Merri hesab edir ki, təhlükə daha çox regional güclərlə- Rusiya-Ermənistan və Türkiyə-Azərbaycanla bağlıdır:

"Ankara və Moskva əslində yeni Qarabağ müharibəsində bir-birilə döyüşməyəcək. Amma hər iki tərəf öz tərəfdaşları tərəfindən təhülkəli vəziyyətlərə cəlb oluna bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə