Ağcabədidə şəhid Qalib Səfərovun 20-ci il dönümü və anım günü qeyd edilib. SİA-nın Qarabağ bürosu məlumat verir ki, qəhrəmanın xatirəsi doğulub boya başa çatdığı Hindarx qəsəbəsində keçirilən tədbirdə anılıb. Şəhid Azərbaycan övladının ailə üzvləri yaxınları, əsgər yoldaşları, müəllimlər və rayon icra hakimiyyətinin əməkdaşlarlı onun büstü önünə gül-çiçək dəstələri düzüblər.
Anım mərasimində bildirilib ki, 1972-ci ildə Ağcabədi dünyanaya göz açan Qalib Səfərov orta məktəbi bitirdikdən sonra texniki peşə məktəbində təhsil alıb. Qarabağda başlayan savaş onu müharibəyə aparıb. Könüllü olaraq müharibəyə gedən Qalib Səfərov döyüş yoldaşlarına nümunə göstərilirib.
Qalib Səfərov 1993-cü il də Xocavənd rayonun Nərgiztəpə istiqamətində gedən gərgin döyüşlərdə düşmən gülləsinə tuş gələrək 21 yaşında həyatını itirib.
Bu gün hər kəs ailəsi, yaxın qohumları, həmyerliləri, əsgər yoldaşları Qalib Səfərovun qəhrəmanlıq dolu döyüş yolu ilə fəxr edirlər.
Qeyd edək ki, Hindarx qəsəbəsində yerləşən xəstəxana qəhrəmanın adını daşıyır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB