2 fevral Gənclər günü Füzuli rayonunun Horadiz şəhərində də qeyd edilib. Bu məqsədlə rayon gənclərinin və ziyalıların iştirakı ilə geniş tədbir keçirilib. Tədbirdə rayonun fəal gəncləri iştirak edib. SİA-nın Qarabağ bürosunun məlumatına görə, tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Mərasim iştirakçıları abidə önünə gül dəstələri düzüb, anım duruşu nümayiş etdiriblər.
Tədbir daha sonra şəhər 3 saylı orta məktəbin konfrans zalında davam etdirilib. Çıxış edənlər respublika gənclərinin inkişafında Ulu öndər Heydər Əliyevin rolundan danışıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB