Əlisəftər Hüseynov imzası oxuçulara hələ ötən əsrin 80-ci illərindən dövri mətbuatda dərc edilən elmi-nəzəri, bədii-publisistik yazıları ilə yaxşı tanışdır. Onun "Həsən Məmmədov" (1990), "Döyüş havası" (1996), "Kino: yuxudan reallığa" (1998), "Kino və poeziya" (2000), "Taniş mövzuda variasiyalar" (2009) kitabları geniş oxuçu auditoruyası tərəfindən çox maraqla qarşılanıb. Müəllif təqdim etdiyi bu kitablarda toxunduğu hər bir mövzuda öz dövrünün aktuallığını qoruyub, onu maraqlı söz predmetinə çevirib. Bu da əsərlərdə qaldırılan hər bir məsələ ilə bağlı müəllif və oxucu arasında olan dinamik diskusiya missiyasını qoruya bilib. Bu haqda məlumatı SİA-ya teatrşünas Anar Bürcəliyev deyib.
2012-ci ildə "Qanun" Nəşriyyatı tərəfindən çap olunan "SƏHNƏDƏN O YANA yaxud SÖZÜN "ŞƏKLİ" " kitabı da maraqlı əsərlərindən biri hesab edilə bilər. Kitabda nəsr və ekran əsərlərinin ekranlaşdırılmasının təkiyə aspekti həm elmi-nəzəri müstəvidə tam aydınlıqla, həm də konkret nümunələr əsasında təhlil edilir. Müəllif tərəfindən bədii əsərlərin ekran variantlarının yaradılmasının estetik qanunauyğunluqları müqayisəli şəkildə təhlil edilməklə, yeni tezislər əsasında şərh edilir. Kitabda əsasən dram əsərlərinin təkiyə problemlərinə nəzəri fikirdə az diqqət yetirilməsi və bunun əsas səbəbi olaraq onların epik əsərlərdə fərqli kompozisiya quruluşuna, forma müəyyənliyinə malik olması məsələləri də ön plana çəkilir. Həmçinin kitabda geniş bir formada spesifik narrortoloji diskursun- hadisələrin nəqletmə qanunauyğunluğunun formalaşması haqqında da maraqlı, ətraflı mülahizələr irəli sürülür. Həmçinin müəllif kino sənəti ilə bədii ədəbiyyatın qarşılıqlı əlaqələri, ədəbi əsərlərin ekranlaşdırılması problemləri və bu istiqamətdə öz dil arsenalının daha da təkmilləşdirilməsinə meyilli olması da dəqiqliklə göstərilməklə təqdim edilir. Bu baxımdan kitabın müəllifi Azərbaycan ədəbiyyatının, bədii nəsr və dramaturgiyasının ekranlaşdırılması problemləri mövzusunda rakurs-araşdırma apararaq öz tədqiqatında əsas istiqamət kimi milli kino tariximizə sırf xronoloji yanaşma prinsipinin əsaslarından deyil, ədəbi növ bölgüsü, dram və nəsr əsərlərinin ekran variantlarının yaradılması prinsipini əsas götürmüşdür.
Kitabın elmi redaktoru Filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyevdir. Təqdim edilən yeni nəşr bədii söz sənəti və kino arasındakı əlaqələrin tədqiqində rakurs-araşdırma olaraq böyük əhəmiyyətə malikdir. Bu çür nəşrlər bu istiqamətdə aparılan araşdırmaların elmi-nəzəri istiqamətlərinin daha da dəqiq bir formada ifadə etmək yönümü baxımından çox əhəmiyyətlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB