Bir ton qızıl Azərbaycana gətirilib

Bir ton qızıl Azərbaycana gətirilib

Dövlət Neft Fondu tərəfindən alınan daha bir ton qızıl Azərbaycana gətirilib. Mərkəzi Banka yerləşdirilən qızıl London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının standartlarına uyğun gəlir. Qurumdan verilən məlumata görə, bununla da Neft Fondu tərəfindən ölkəyə gətirilən qızılın ümumi miqdarı 2 tona çatdırılıb.

Qeyd edək ki, 1 fevral 2013-cü il tarixinə fondun investisiya portfelinə daxil edilmiş qızılın ümumi miqdarı 16 178 kq təşkil edir. Qeyd edək ki, 1 yanvar 2013-cü il tarixinə Dövlət Neft Fondunun vəsaitlərinin ümumi həcmi 34 129,4 milyon dollar təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə