49-cu Münhen təhlükəsizlik konfransı işini davam etdirir. Konfrans çərçivəsində avro böhranı, enerji siyasəti kontekstində geosiyasət məsələləri, avroatlantik təhlükəsizlik, kiber təhlükəsizlik, İran məsələsi, Suriya və Malidə yaranmış vəziyyət müzakirə olunur.
Konfransa bir neçə dövlət və hökumət başçısı, 50-dən çox ölkənin xarici işlər və müdafiə nazirləri, iri korporasiyaların rəhbərləri, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, NATO-nun baş katibi Anders Foq Rasmussen, ABŞ-ın vitse-prezidenti Co Bayden, Almaniya kansleri Angela Merkel qatılıb.
Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. Onun bu gün "Cənubi-şərqi Avropa və Qafqazda sabitlik və təhlükəsizlik" mövzusunda keçiriləcək plenar sessiyada çıxışı nəzərdə tutulur. Qeyd edək ki, Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Braziliyanın xarici işlər naziri Antonio Patriota ilə görüşüb.
Görüşdə Nazir Elmar Məmmədyarov braziliyalı həmkarına Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verərək, Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması münaqişənin həlli və regionun inkişafı üçün yeni imkanlar açacağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB