Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. SİA xəbər verir ki, bu, 1996-cı ildə Prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub və ulu öndərin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi.
Ümumiyyətlə, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1997-ci ildən etibarən Azərbaycanda Gənclər günü qeyd olunanan bu gün digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində qeyd olunmağa başlayıb. Azərbaycanda hər il Gənclər Günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.
Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si Beynəlxalq Gənclər Günü elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB