2 fevral Gəncləri günü münasibətilə Lənkəranda tədbir düzənlənib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, mərasim iştirakçıları öncə Heydər Əliyevin adını daşıyan Mərkəzdə Ulu Öndərin abidəsini ziyarət ediblər.
Daha sonra təşkil edilən tədbirdə çıxış edən Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əliyev dövlətimizin gənclərə olan diqqət və qayğısından danışıb, Lənkəran gənclərinin 2012-ci ildə qazandığı uğurlar barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, ölkəmizdə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, təhsil və mədəni səviyyəsinin yüksəldilməsi, fiziki sağlamlığının möhkəmləndirilməsi istiqamətində hər cür şərait yaradılıb. Hazırda Lənkəran şəhərində inşa edilən Gənclər Mərkəzinin yaxın vaxtlarda istifadəyə verilməsi ilə gənclərin asudə vaxtının daha səmərəli təşkili təmin ediləcək.
Rayonun ictimai,siyasi həyatında fərqlənən bir qrup gənc fəxri-fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Tədbir yerli musiqi ustalarının rəngarəng çıxışlarıyla davam edib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB