"Hesabat Azərbaycanın demokratik imicinə xələl gətirməyə hesablanıb"

"Hesabat Azərbaycanın demokratik imicinə xələl gətirməyə hesablanıb"

Aydın Hüseynov: "Hesabatdan da aydın şəkildə görünür ki, bu, ötürülmüş qeyri-obyektiv məlumatlar əsasında qərəzli şəkildə hazırlanıb"

"Human Rights Watch" təşkilatı növbəti dəfə qeyri-obyektivliyini ortaya qoydu və özünü ifşa etdi. Çünki, hesabatın bütün bəndləri üzə təhlillər apararkən, rellağı əks etdirməyən mənzərə ilə qarşılaşırsan". Bunu YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, hesabatın qeyri-obyektivliyi elə insan hüquq və azadlıqları ilə bağlı hissədən başlayır: "Azərbaycanda ümumiyyətlə, siyasi məhbus yoxdur. Cəzalanan şəxslər yalnız qanunu pozduqları üçün azadlıqdaq məhrum ediliblər. Amma bütün səviyyələrdə insan haqlarının təmin olunduğu Azərbaycanda heç kəs siyasi baxışlarına görə həbs edilməyib. Əminəm ki, bu cür saxta hesabatlarla Azərbaycana qarşı təzyiq kampaniyası davam edəcək. Çünki, ölkəmiz AŞPA-da bütövlükdə anti-Azərbaycançı dairələri məğlub edərək, ədalətin zəfər çalmasına nail oldu. Bu fakt da qərəzli dairələri qıcıqlandıran faktordur".

Aydın Hüseynov söyləyib ki, hesabatın əsassız olmasını isbatlayan digər məqam daşqınlarla bağlı hissəsidir: "Dəqiqliklə deyə bilərəm ki, "Human Rights Watch" təşkilatına daşqınlarla bağlı qeyri-dəqiq informasiyaları Soros Fondunun maliyyəsilə ölkəmizdə fəaliyyət göstərən bəlli təşkilatlar ötürüb. Elə bu hesabatın da "Turan" informasiya agentliyi tərəfindən yayılması da bunu isbatlayır. Ona görə də, dəqiq demək olar ki, bu hesabat qərəzlidir və Azərbaycanın demokratik imicinə xələl gətirməyə hesablanıb".

Siyasi təhlilçi vurğulayıb ki, bu cür vasitələrlə Azərbaycana təzyiq etmək mümkün deyil. Çünki, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi qərəzli dairələrin anti-Azərbaycan fəaliyyətinin təsirini heç endirir.

Bütün xəbərlər Facebook səhifəmizdə