Son illər bütün televiziya kanallarında yayımlanan maraqlı layihələrin ekran taleyi hər bir kəsi, xüsusi ilə də gəncləri düşündürən ən vacib sahəyə çevrilib. Bu fikirləri SİA-ya teatrşünas Anar Bürcəliyev deyib.
Onun sözlərinə görə, efirdə xüsusi diqqəti cəlb edən və tarixi köklərimizi araşdıran verilişlərə çox az rast gəlirik: "Bu cür layihələrin hazırlanmasına böyük ehtiyac var. Çünki tarixi kökümüzün araşdırılması və gənc nəsillərə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu məqamda ana televiziyamız olan AzTv-də hazırlanan verilişləri məhz gənclərin intellektual səviyyəsinin yüksəlişinə xidmət edən veriliş adlandırmaq olar. Neçə-neçə maraqlı layihələri ilə gənclərimzi bir araya toplayan AzTv-nin maraqlı layihələrdən biri də "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət proqramı" çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həftə içi 5 gün yayımlanan MAG (Müasir Azərbaycan Gənci) televiziya layihəsidir. Bununla yanaşı MAG qısa müddət ərzində təqdim etdiyi süjetləri ilə hər zaman diqqət mərkəzində olmağı bacarır. Belə ki, toponimlərin tarixini araşdırıb, təbliğ edilən mövzular gənclər arsında maraqlı ünsiyyət vasitəsinə çevrilir, süjetlər ("Sosial həyat", "Aktiv gənclər", "Ailədə uşaq münasibətləri" və başqa mövzular) dəqiqlik və orjinallıqla işlənir. Hətta "MAG xəbər"-ində olan orijinal təqdimat üsulu kiçik tamaşaçıları da ekran başına toplayır. Qeyd etmək lazımdır ki, bu layihənin aparıçıları olan gənclərin ciddi mövzuları təqdim edərkən efir qarşısında özlərini tam sərbəst aparmaları, xüsusi ilə də MAG Xəyalənin - maraqlı danışıq tərzi, MAG Farizin – səlist diksiyası, MAG Tutunun – çox səmimi davranış və görünüşü verilişi xəbər və əyləncə formatına salır, tamaşaçını yormadan onları izləməyə sövq edir. Onların geyim tərzləri də maraqlıdır. Bu da gənclərin zövqlü və punktual olmalarından xəbər verir. MAG Əli Respublika Sesmoloji Mərkəzinin fəaliyyətindən bəhs edən ("Zəlzələ") reportajını, təbii fəalkət xəbərini sonda onu yuxu kimi təqdim edir. MAG Abbas və MAG Sübhanın təqdimatında "Kənd və biz" süjeti də çox maraqlıdır. Bu süjetin hazırlanmasında da əsas məqsəd bölgələrin tarixini öyrənmək, onları gənc nəsillərə çatdırmaqdır. Hətta MAG Abbasın gənclərin arasında aparılan sorğuya əsasən tamaşaçıların istəyi ilə Bişkekə olan səfəri, buranın tarixi, etnoqrafiyası və adət-ənənələrini özündə əks etdirən sujeti, onun mövzuya olan professional yanaşma tərzi ilə diqqəti çəkir. Gənclərin maraq dairəsini əhatə edən, əyləncəli-informasiya xarakterli layihələrin hazırlanması və təqdimatı hər zaman üçün maraqlı və aktualdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB