Sabirabad rayon İcra Hakimiyyəti mətbuatda haqqında yazılan Qarabağ əlili ilə bağlı məsələyə dair açıqlama yayıb. Sabirabad şəhəri Q.Namazəliyev küçəsi 50a ünvanda 20 iyun 2006-cı il tarixdən qeydiyyatda olan və hazırda R.Behbudov küçəsi 30 saylı evdə yaşayan, II qrup Qarabağ əlili Ağayev Zaur Şahlar oğlu Sabirabad rayon İcra Hakimiyyətinə müraciət edərək bir sıra məsələlərdə köməklik göstərilməsini xahiş edib.
İcra hakimiyyətindən "Azadinform"a verilən məlumata görə, Zaur Ağayev Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tərəfindən qəbul edilib, onun həlli mümkün olan problemlərinə köməklik göstərilib və o, razılığını bildirib.
Zaur Ağayev Qarabağ əlili kimi (RİH başçsının 05 iyul 2011-ci il tarixli 62 saylı sərəncamı) mənzil növbəsindədir.
İcra hakimiyyətindən qeyd olunub ki, Zaur Ağayevin və ona baş çəkməyə gələnlərin Sabirabad rayon Polis şöbəsində saxlanılması barədə məlumatlar həqiqətə uyğun deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB