Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) "28 Mall" ticarət mərkəzində "ATGTİ-dən Tallin, Riqa və Vilnüsə birgünlük səyahət" adlı genişmiqyaslı mədəniyyət tədbiri keçirib. ATGTİ-dən SİA-ya verilən məlumata görə, tədbir Latviyanın və Litvanın ölkəmizdəki səfirlikləri, eyni zamanda Estoniya-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə keçirilib.
Tədbirdə iştirak edən Latviyanın ölkəmizdəki səfiri Hardiys Baumanis, Litvanın ölkəmizdəki səfiri Arturas Jurauskas və Estoniya-Azərbaycan Ticarət Palatasının sədri Yana Kripme öz çıxışlarında ölkələrimizarası əlaqələrə toxunaraq, onların inkişafında gənclərin rolundan danışdılar, mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğuladılar. Öz növbələrində hər 3 nümayəndə bu cür təşəbbüslə çıxış etdiyi üçün ATGTİ-yə təşəkkürlərini bildiriblər.
Daha sonra çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Səlhab Məmmədov isə mədəniyyət və incəsənət dəyərlərindən danışaraq, bugünkü tədbirin bu dəyərlərin qorunub, saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini deyib.
Tədbir çərçivəsində ATGTİ-nin "Rəssamlar" işçi qrupunun üzvləri, gənc rəssamlar hər 3 ölkənin - Latviya, Litva və Estoniyanın dövlət bayraqlarını, gerblərini, məşhur tarixi abidələrini və turizm obyektlərini müxtəlif interpretasiyalarda çəkərək, onların rəmzi mənalarını geniş ictimaiyyətə çatdırıblar.
Qeyd edək ki, layihənin davamı kimi yaxın gələcəkdə əldə olunmuş rəsm əsərlərindən ibarət sərginin keçirilməsi də planlaşdırılır.
(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB