Siyavuş Novruzov: “Müxalifət əlində çöp arı yuvası axtarır”

Siyavuş Novruzov: “Müxalifət əlində çöp arı yuvası axtarır”

Milli Məclisin bu gün keçirilən plenar iclasında qanunverici orqanın 2013-cü il yaz sessiyasının işlər planı müzakirə olunub. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə seçki qanunvericiliyinə dəyişiklərin edilməsinin müzakirəsini təklif edib.

O seçki komissiyaları ilə bağlı məsələyə yenidən baxmağı vacib hesab edib. Lakin onun bu təklifinə etiraz edənlər də olub. YAP icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov seçki komissiyaları ilə bağlı məsələnin qaldırılmasını düzgün saymayıb. Millət vəkili deyib ki, kiməsə səs verilmirsə, buna görə günahkar seçki komissiyası deyil. O, təbliğat müddətinin uzadılması barədə təklifləri də yersiz sayıb: "Cəmiyyət sizi tanıyır, mövqeyiniz də bəllidir. İkincisi, özəl telekanallar var, pulunu ödə, təbliğatını apar, bu, başqa ölkələrdə belədir. Amma hətta bizdə İctimai Televiziyada da pulsuz efir vaxtı ayrılır".

S.Novruzov "Binə" Ticarət Mərkəzində, hansısa rayonda baş verən hadisənin qiyam adlandırılmasını yersiz hesab edib: "Əllərində çöp arı yuvası axtarırlar. Çöpləri əllərində qalıb. Xaricdəki ağaları ilə arı yuvası axtarırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə