Spikerdən millət vəkilinə dəstək!

Spikerdən millət vəkilinə dəstək!

Millət vəkili Çingiz Qənizadə parlamentin bugünkü ilk plenar iclasında "Qrantlar haqqında" və "Dini etiqad azadlığı haqqında" qanunlardan irəli gələrək İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsini təklif edib. SİA-nın məlumatına görə, millət vəkili çıxışına əlavə edib ki, bununla bağlı layihə artıq hazırlanıb: "Layihə hazırlamışam və parlamentə təqdim edəcəm. Müəyyən siyasi və dini təşkilatlar xaricdən qrant və digər formalarda maliyyələşirlər. Bəzən bu qrantların verilməsi saf niyyəti ilə olur, bəzən isə dini-radikal qrupların, terrorçuların maliyyələşdirilməsi də həyata keçirilir. Bəzən də maliyyə nağd verildiyinə görə vergidən yayındırılır, hesabatı verilmir. Hazırladığım layihə şəffaflığın artırılması üçündür. Pulları kim verir, hara xərclənir, verilən hesabatda əksini tapmalıdır. Söhbət maliyyənin dayandırılmasından yox, şəffaflıqdan gedir".

Spiker Oqtay Əsədov Çingiz Qənizadənin təklifini dəstəkləyib və bununla bağlı Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinə tapşırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə