Ay, Əkrəm qağa

Facebook-da Elnur Kəlbizadeh adlı istifadəçi öz profilində günümüzün aktual mövzularından olan Əkrəm Əylisli adlı "sənət əsəri" barədə maraqlı şeirini paylaşıb. Oxucular üçün maraqlı olacağını nəzərə alıb həmin şeiri saytımızda yerləşdiririk:

Əkrəm qağa

Mən sənlə razıyam humanist olaq.

Ataq dinimiz satanist olaq.

Dəyişək soyadı Ohanes olaq.

Bizi peşman etdin türk doğulmağa.

Bir az da bundan yaz, ay Əkrəm qağa!!!

Sənə daş atanın daşı kəsilib.

Nə olsun bacının döşü kəsilib!

Şuşada min türkün başı kəsilib.

Başının dərisi soyulmuş çağa,

Deyir ki, bizdən yaz, ay əkrəm qağa.

Humanist olmuşuq, din-iman gedib.

Humanist olmuşuq İrəvan gedib.

Araz sinəm üstə çox yaman gedib.

Bir adla Cənubdan bax Qarabağa!

Bir az da ondan yaz, ay əkrəm qağa!

Yaz ki, 18-də dağın olmayıb.

48-də köçən çağın olmayıb.

Yaz ki, Xocalıda qırğın olmayıb.

Sonra da çıxıb get Nobel almağa.

Bir az da qansız yaz, ay əkrəm qağa.

Elnur Kəlbizadeh

Bütün xəbərlər Facebook səhifəmizdə