Yeni məktəb binaları istifadəyə verildi FOTO

Yeni məktəb binaları istifadəyə verildi FOTO

Ağcabədi rayonunun Təzəkənd və Qaravəlli kəndlərində yeni məktəb binaları istifadəyə verilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Təzəkənd kəndindəki təhsil ocağı 540, Qaravəlli kəndindəki məktəb isə 480 yerlikdir.

Yeni məktəb binalarında kimya və fizika laboratoriyaları, kompyuter və sinif otaqları, akt və idman zalları, bufet, kitabxana, istilik sistemi yaradılıb, məktəblər lazımi inventar və avadanlıqlarla təmin olunub. 2012-2013-cü təhsil ilində rayonda yeni inşa olunmuş 960 şagird yerlik Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin, 280 şagird yerlik Qiyamadınlı kənd, 480 şagird yerlik Rəncbərlər kənd, hər biri 180 şagird yerlik Qaraxanlı, Şərəfxanlı və Biləğan kənd tam orta məktəblərinin, 80 şagird yerlik Aran kənd 2 nömrəli, Ağabəyli və Aşağı Mehrablı kənd ümumi orta məktəblərinin, əsaslı təmir edilmiş şəhər 5 nömrəli tam orta məktəbin binaları istifadəyə verilib ki, bu da rayon üzrə 5000 nəfərdən çox şagirdin müasir şəraitdə təhsil ala bilməsinə imkan verir.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə