ABŞ-ın nüfuzlu "Huffington Post" qəzeti Britaniya parlamentinin Leyboristlər Partiyasından olan üzvü Kris Pinçerin "Xocalı sadəcə aeroport deyildir" sərlövhəli məqaləsini dərc edib. Deputat Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlarda Parisdə keçirilən görüşündən, Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi rayonunun Ermənistan tərəfindən işğalından söz açaraq yazır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq təcavüzkar siyasətindən əl çəkmir, yüz minlərlə azərbaycanlı məcburi köçkünün doğma yurd-yuvalarına qayıtmasına imkan vermir.
Daha sonra Xocalı aeroportu mövzusuna toxunan müəllif Ermənistanın beynəlxalq hüququ, o cümlədən "Beynəlxalq mülki aviasiya haqqında" Çikaqo Konvensiyasının bir sıra müddəalarını pozduğunu qeyd edərək vurğulayır ki, BMT-nin orqanı olan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın öz hava məkanını müdafiə etməsi mövqeyini və hüququnu dəstəkləyir.
Kris Pinçer bundan əvvəl aeroportun açılması məsələsi ilə bağlı öz fikirlərini söyləmiş ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morniqstarın, ATƏT-in Minsk qrupunun həmsədrlərinin sözlərini sitat gətirərək bildirir ki, həmin məsələ sülh prosesinin pozulması ilə nəticələnə bilər. Məqalə müəllifi qeyd edir ki, aeroportun açılması Ermənistanın indiki dövlət başçısı Serj Sarkisyanın prezident seçkiləri ərəfəsində siyasi oyunu ola bilər, çünki Yerevanda onun populyarlığını artırmış olardı. Azərbaycanın Avropanın etibarlı tərəfdaşı kimi əhəmiyyətini vurğulayan K.Pinçer yazır ki, vəziyyətin gərginləşdirilməsi təkcə Qafqaz regionunda deyil, bütün Avropada sabitliyi poza bilər.
Müəllif daha sonra yazır: "Lakin Azərbaycanın Ermənistanın planları ilə razılaşmayacağına daha bir səbəb vardır. Həmin aeroport elə bir yerdə yerləşir ki, burada 1992-ci il fevralın 26-da məlum kütləvi qətliam baş vermişdir. Həmin gün Xocalı şəhərinin 613 dinc sakini erməni silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilmişdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB