2 Fevral Gənclər günü münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və Gənclər İdman İdarəsinin birgə təşəbbüsü ilə geniş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon Gənclər və İdman idarəsinin rəisi Pərvin Gözəlov, YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Ruhid Hacıyev iştirak etdilər.
Tədbiri Gənclər və İdman idarəsinin rəsi Pərvin Gözəlov açaraq qeyd edib ki, bu bayram gənclərə Ümummilli liderimiz Heydər Əliyevin hədiyyəsidir. O gəncliyi hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni etdi: "Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından, asılıdır. Səbəbsiz deyil ki, bütün dövrlərdə millətinin adını tarixə yazan da elə sağlam gənc qüvvələr olub. Bunu bilən Ümummilli liderimiz Heydər Əliyev də belə qüvvə yaratmaq arzusunda idi. Elə ona görə də 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyi yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətin gənclər forumu keçirildi və elə həmin gün Azərbaycanın tarixinə gənclər günü kimi yazıldı. Sonralar mütəmadi keçirilən forumlarda Ümummilli liderimiz cavanların fikrini öyrənir, azad, sağlam düşüncəli kadrlar yetişdirməyə və onlarla hesablaşmağa çalışırdı".
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, bu gün Azərbaycanda gənclərlə bağlı böyük işlər görülür, bu xüsusilə ölkə başçısının imzaladığı dövlət proqramı əsasında daha da özünü göstərməkdədir. Bu gün gənclərimiz nəinki ölkə daxilində, ölkənin hüdudlarından kənarda da Azərbaycanı təmsil edirlər.
F.Vəliyev həmçinin əlavə edib ki, hazırda Azərbaycanın hər bir gənci öz dəstixətti ilə seçilir. Belə ki, elm, təhsil, idman və digər sahələrdə böyük irəliləyişlər diqqət mərkəzindədir. Bütün bunlar ölkə başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində baş verir və nailiyyətlər əldə olunur: "Biz inanırıq ki, gənclərimiz ölkəmizin stabilliyinin təmin edilməsində əllərindən gələni edəcəklər" .
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Ruhid Hacıyev isə öz növbəsində əlavə edib ki, Azərbaycanda gənclərlə bağlı bir çox tədbirlər keçirilir: "Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyətcə, keyfiyyətcə yeni mərhələsini yaşayır. Ölkə başçısı İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir".
Qeyd edək ki, tədbirin sonunda YAP Şəmkir rayon təşkilatı tərəfindən Gənclərə Fəxri fərmanlar, diplomlar və qiymətli hədiyyələr verildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB