Valideyn iclasında iştirak edən 47 yaşlı qadın ürək tutmasından ölüb. Hadisə Bərdə şəhər Nizami Gəncəvi adına 2 saylı beynəlmiləl orta məktəbində baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, səhər saatlarında məktəbdə keçirilən valideyn iclasında şəhər sakini, 47 yaşlı Tünzalə Məmmədova qəfildən dünyasını dəyişib.
Hadisə yerinə Bərdə şəhər təcili yardım stansiyasının həkimləri və Bərdə rayon Polis Şöbəsinin əməkdaşları gəliblər. Ölümün səbəbləri haqqında dəqiq məlumat tibbi-ekspert komissiyasının rəyindən sonra məlum olacaq.
Qeyd edək ki, faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB