Bu gün Azərbaycan Respublikasının Gənclər və İdaman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən 2 fevral Gənclər günü münasibətilə həyata keçirilən "Gənclər Həftəsi" kompaniyasının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, "Mən gəncəm! Bəs sən?" şüarı altında keçirilən kompaniya 31 yanvar – 7 fevral tarixlərini əhatə edərək "Park Bulvar" Ticarət Mərkəzində istedadlı gənclərin təqdimatında müxtəlif ifaları, gənclər tərəfindən həyata keçirilən aksiyaları və ticarət mərkəzində yerləşən bir sıra mağazalar və kafelərin 2 fevral Gənclər günündə gənclər üçün yaratdığı imkanları birləşdirir. Gənclər və idaman nazirinin müavini İntiqam Babayev bildib ki, Nazirlik Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olana bu təşəbbüsü dəstəkləyir: "Düşünürəm ki, verilən müddət ərzində gənclər fəallıq göstərib öz bacarıqlarını nümayiş etdirəcəklər".
"Park Bulvar" ticarət mərkəzinin piyar meneceri Günay Malikqızı və Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə də çıxışlarında bildiriblər ki, "Mən gəncəm! Bəs sən?" şüarı özünü gənc hesab edən hər bir insana aiddir və onlar təşkil olunan aksiyadan istifadə edərək bacarıqlarını, istedadlarını təqdim edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB