"Suraxanı rayonunun Zığ qəsəbəsində 2 gündür təmir işləri aparılır. Bu səbəbdən də qazın verilməsində problem yaranmışdı. Hazırda əməkdaşlarımız hadisə yerindədirlər. Problemin aradan qaldırılması üçün lazımi işlər həyata keçirilir". Bunu SİA-ya açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müxbiri Tahir Kazımov bildirib.
Hadisə yerində olan Suraxanı rayon Qaz İstismar İdarəsinin baş mühəndisi Asif Məcidov isə vurğulayıb ki, hazırda qəsəbənin 30% hissəsinə qazın verilməsi bərpa edilib: "Hələlik Rövşən Göyüşov ərazisinə qaz verilib. Digər ərazilərə də qazın verilməsi təmin olunur. Problem yeni xətlərin istismara verilməsi ilə bağlı idi. Ərazinin bir hissəsində qazın verilməsində ciddi problemlər var idi. Həmin problemin əsas səbəbi isə əhaliyə qazın verilməsini çatdırmaq olmurdu. Şikayətlərin aradan qaldırılması üçün yeni xətti istismara vermək qərarına gəldik. Dünən axşamdan qazın verilməsi dayandırılmışdı. Zığ qəsəbəsində Tbilisi, Nərimanov, Sabir və Həzi Aslanov küçələri hələlik qalıb. Gün ərzində həmin ərazilərə də qazın verilməsi təmin olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB