Əməkdaşlıq Memorandumu imzaladılar

Əməkdaşlıq Memorandumu imzaladılar

Bu gün Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

SİA-nın məlumatına görə, tədbirdə çıxış edən DİA-nın rektoru, Akademik Urxan Ələkbərov Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin elm və təhsilin inkişafına, sosial innovasiyaların geniş tətbiqinə, dövlət xidməti göstərən qurumların fəaliyyətinin şəffaf olmasına xüsusi önəm verdiyini bildirib: "Respublikamızda aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın bütün sahələrində dinamik inkişafa nail olunub. Dövlət Agentliyi ilə qarşılıqlı əməkdaşlığın genişlənməsinin səmərəli olacağına və Akademiyada təhsil alan, dövlət idarəçilik sahəsində ixtisaslaşan gənclərin paraktik biliklərinin genişlənməsinə daha bir imkan əldə edəcəyimizə inanırıq."

Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşalara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentlyinin sədri İman Kərimov Agentliyin yaradılmasının çox mühüm hadisə olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Agentliyin əsas məqsədi Asan Xidməti vasitəsilə dövlət orqanlarını xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığının təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi və müasir texnologiyaların tətbiq edilməsindən ibarətdir. İ. Kərimov onu da qeyd edib ki, indiyə qədər 6000 vətəndaş müraciət edib. Bu müraciətlər müxtəlif sahələri əhatə edir. O, dövlət orqanları ilə Agentliyin Asan Xidmətinin əməkdaşlığının artıq indidən böyük effekt verdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə