İcra başçısı söz verdi

Bərdə rayonun Soğanverdilər kəndinin hesabat yığıncağında iştirak edən icra başçısı Vidadi İsayev kəndlilərin problemləri ilə maraqlanıb. Hesabat toplantısına gələn sakinlər onları uzun illərdir narahat edən problemlər barədə icra başçısını məlumatlandırıblar. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayon rəhbəri sakinlərin problemlərini aidiyyatı xidmət sahələrinin rəhbərləri ilə müzakirə edərək, kəndliləri narahat edən məsələlərin həlli yollarını göstərib.

Vidadi İsayev kəndlilərin bəzi problemlərin dərhal həll edilməsi üçün müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıq verib. Rayon rəhbəri vətəndaşları əmin edib ki, ölkə başçısının tapşırıqları Bərdədə tez bir zamanda həyata keçiriləcək və iqtisadi sosial, eləcə də digər problemləri həll olunacaq.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə