Dünən səhər saatlarından başlayaraq Suraxanı rayonun Zığ qəsəbəsinin bir hissəsində mavi yanacağın verilməsində problemlər yaranıb. SİA-nın əməkdaşına qəsəbə sakinlərinin verdiyi məlumata görə, dünən səhər saat 9.00-dan başlayaraq kəndə qazın verilməsində müəyyən problemlər yaranıb.
Qəsəbə sakinləri baş verən problemin müvəqqəti olduğunu düşünsələr də axşama 20.00-a qədər mavi yanacağın verilməsi mümkün olmayıb. 1 saat qazın verilməsi mümkün olsa da sonra qəsəbə sakinləri yenindən eyni problemlə üzləşiblər. Hazırda kəndin bir hissəsində qaz yoxdur.
Sakinlər bildiriblər ki, bu hal dəfələrlə təkrar olunduğundan aidiyyəti qurumlara müraciət edilib, lakin bu günə qədər məsələnin həlli tapılmayıb. Yəni qəsəbəyə qazın verilişində problemlər qış aylarında mütəmadi xarakter alır. 2-3 gün qaz olsa da sonra yenidən eyni vəziyyət olur. Bir sözlə, bu problem Zığ qəsəbəsinin sakinlərinin həll olunmaz probleminə çevrilib.
Qəsəbə sakinləri onu da əlavə etdilər ki, evlərdə istilik sistemi olmaması uşaq və qocaların xəstələnməsinə gətirib çıxarır. Bununla yanaşı, ərazidə yerləşən təhsil ocaqlarının da soyuq olması şagirdlərin məktəbə davamiyyətində də bir sıra problemlər yaradır.
Qeyd edək ki, mövzu ilə bağlı araşdırmamızı davam etdirəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB