Ağcabədi rayonunda 2012-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yığıncaqda ötən il görülmüş işlərdən danışılıb, qarşıda duran məsələlərin həlli yolları müzakirə olunub. Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov çıxış edərək ölkənin artaraq dinamik inkişaf edən iqtisadi potensialı sayəsində Prezident cənab İlham Əliyevin imzalamış olduğu Regionların Sosial İqtisadi inkişaf Dövlət Proqramının bütün bölgələrdə və eləcədə Ağcabədidə uğurla yerinə yetirildiyini diqqətə çatdırdı.
Daha sonra 2012-ci ildə Ağcabədi şəhərində aparılan geniş tikinti-quruculuq, abadlıq işləri davam etdirilib, prospekt və küçələrdə əsaslı təmir işləri aparılıb, yaşıllıqlar salınıb. Ötən il məcburi köçkünlər üçün 556 mənzilli 10 ədəd beşmərtəbəli yaşayış kompleksi, şəhər 3 nömrəli məktəb-lisey üçün 960 şagird yerlik yeni bina tikilərək istifadəyə verilib. 480 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib. Olimpiya İdman Kompleksinin, Gənclər Mərkəzinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının, 150 yerlik uşaq bağçasının, qonaq evinin tikintisinə başlanıb. Şəhərin prospekt və küçələrinə asfalt-beton örtük salınması və səkilərin çəkilməsi davam etdirilib. 190 ədəd yeni işıq dirəyi quraşdırılıb, 5300-dən artıq ağac, 12 minə yaxın gül kolu əkilib.
Qeyd edək ki, hesabat yığıncağında əlaqədar idarə və müəssisə rəhbərləri də çıxış edərək keçən hesabat ilində görülən işlərdən və eləcədə qarşıda duran vəzifələr haqqında məruzə etdilər.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB