İclasda müzakirə edilən başlıca məsələ də Şuranın 2012-ci ildə gördüyü işlər olub
Yanvarın 31-də (sabah) saat 12.00-da Azərbaycan Mətbuat Şurasında qurumun 2012-ci ildə gördüyü işlərə dair hesabatı ictimaiyyətə təqdim edəcək. Məsələ ilə bağlı qərar bu gün Şuranın İdarə Heyətinin iclasında qəbul edilib. İclasda müzakirə edilən başlıca məsələ də Şuranın 2012-ci ildə gördüyü işlər olub.
Əsas diqqətin MŞ-nin prosedur fəaliyyətinə uyğun olaraq şikayətlərin araşdırılması və qərarların qəbuluna yönəldiyi hesabat mətnində mühüm istiqamətlərdən birini də "reket jurnalistika"ya qarşı mübarizə tədbirləri təşkil edib. Məlumat verilib ki, ötən il Şuraya ümumilikdə 685 müraciət daxil olub ki, onlardan 501-ni KİV materiallarından şikayətlər təşkil edib. Qurum şikayətləri əsas tutaraq ümumilikdə 27 qərar çıxarıb.
Bundan başqa Şura 2012-ci ildə diffamasiya təşəbbüsləri ilə də çıxış edib, jurnalist huquqlarının qorunması ilə bağlı fəaliyyət göstərib, müxtəlif məsələlərə dair konfrans, seminar və "dəyirmi masa"lar keçirib. İclasda bütün bunlarla və digər istiqamətlərlə əlaqədar konkret statistika təqdim olunub. Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.
Tədbirdə müzakirə olunan ikinci məsələ MŞ-nin 2013-cü il üçün iş planı olub. Mövcud istiqamətdəki diskussiyaların gedişində vurğulanıb ki, yeni köşklərdə qəzet satışının vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlərin intensivləşdirilməsinə ehtiyac var. İH üzvləri "reket jurnalistika"ya qarşı mübarizənin də gücləndirilməsinə xüsusi diqqətin yetirilməli olduğunu vurğulayıblar.
Müzakirə edilən növbəti məsələ kütləvi informasiya vasitələrinin iqtisadi imkanlarının artırılması yollarına, o cümlədən KİV-də reklamların yerləşdirilməsi mexanizminə dair olub.
İclasda bildirilib ki, 2013-cü il seçki ili olduğundan siyasi həyatda aktivliyin müşahidə olunması gözlənilir. Bu xüsusda kütləvi aksiyalar zamanı jurnalist təhlükəsizliyi məsələsinə həssas yanaşılmalıdır. Qeyd edilib ki, mövcud istiqamətdəki fəaliyyətdə başlıca prinsip peşə vəzifəsini yerinə yetirən jurnalistlərin hər hansı maneə ilə üzləşməmələridir. Prosesləri işıqlandıran KİV nümayəndələrinə hər cür şərait yaradılmalıdır. Həmçinin jurnalistlərin ekstremal şəraitdə iş aparmaları qaydalarının təkmilləşdirilməsinə, məsələ ilə əlaqədar zəruri tövsiyələrin verilməsi üçün müvafiq toplantıların təşkilinə ehtiyac var. Bunun üçün bütün zəruri imkanlardan istifadə edilməlidir. Mətbuat Şurasının monitorinq qrupu isə aksiyalardakı fəaliyyətini daha da intensivləşdirməlidir.
İclasda ümumən "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunundan, habelə informasiya işini nəzərdə tutan digər yerli və beynəlxalq aktlardan irəli gələn vəzifələrin reallaşdırılmasına, ayrı-ayrı praktik situasiyaların daha dərindən çatdırılmasına dəstək məqsədilə jurnalistlər üçün treninq-məşğələlərin təşkili zəruri sayılıb. Qeyd edilən məsələlər iş planına əlavə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



