Fondun yeni qaydaları

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə Gənclər Fondunun Əsasnaməsinə dəyişikliklər edilib, fondun Müşahidə Şurasının formalaşdırılmasının yeni qaydaları müəyyənləşdirilib. SİA-nın məlumatına görə, müşahidə Şurasının beş üzvü müvafiq dövlət orqanlarını, dördü isə gənclər təşkilatlarını təmsil edəcək.

Gənclər təşkilatlarını təmsil edən dörd üzv həmin təşkilatların yığıncağında səslərin sayına görə ilk səkkiz yeri tutmuş namizədlər sırasından seçiləcək və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin ediləcək.

Qeyd edək ki, müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaqda iştirak etmək üçün 121 Gənclər Təşkilatı nümayəndəsinin müraciət ərizəsi, Şura üzvlüyünə isə 18 nəfər Gənclər Təşkilatı nümayəndəsinin ərizəsi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə